EN

Amansızlıqla döyülən rusiyalı futbolçu öldü

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva vilayətinin Şelkovo şəhərində döyülən “Russian Community” klubunun futbolçusu Arseniy Eroşeviç xəstəxanada dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə futbolçunun bacısı məlumat verib.

Bildirilib ki, futbolçu bir neçə gün əvvəl üç nəfər tərəfindən ağır şəkildə döyülüb və xəstəxanaya yerləşdirilib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə idarəsi hadisə ilə bağlı 3 şübhəlinin saxlanıldığını açıqlayıb. Onlara qarşı "qəsdən ağır bədən xəsarəti yetirmə" maddəsi ilə cinayət işi başlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
7
axar.az

10Sources