EN

Tramp Putinə iki həftə vaxt verdi - çox vacib bir qərar verəcəyəm...


ABŞ prezidenti Donald Tramp Ağ Evdə gələn il ABŞ-da keçiriləcək dünya çempionatı ilə bağlı keçirilən tədbirdə Rusiya prezidenti Putinin turnirdə iştirak edə biləcəyini deyib.

Sky News-un məlumatına görə, Tramp stolun çəkməcəsindən Putinlə özünün şəklini çıxararaq, onun da çempionatda iştirak edə biləcəyini deyib: "Onun gəlməsi mümkündür, bu, baş verənlərdən asılıdır. O, gəlməyə də bilər, amma yaxın bir neçə həftə ərzində çoxlu hadisələr olacaq".

Putinin özünə və ABŞ-a qarşı hörmətli davrandığını bildirən Tramp, ancaq onun başqalarına qarşı o qədər də hörmətlə yanaşmadığını deyib.

Ukraynadakı bir ABŞ şirkətinin Rusiyanın hücumlarına məruz qalması ilə bağlı iddialar gəlincə Tramp, bundan məmnun olmadığını deyib və bildirib ki müharibə ilə bağlı heç nədən razı deyil.

ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən tədbirdə Rusiya-Ukrayna sülh prosesini də dəyərləndirib: “İki həftədən sonra nə edəcəyimlə bağlı qərar verəcəyəm və bu, çox vacib bir qərar olacaq. Rusiyanın, hətta Ukraynanın necə reaksiya verəcəyini görəcəyik. Bu qərarın işığında biz ya kütləvi sanksiyalar və tariflər tətbiq edəcəyik (Rusiyaya), ya da heç nə etməyəcək və “bu sizin müharibənizdir” deyəcəyik.

Putinə iki həftə vaxt verirəm. Düşünürəm ki, qarşıdakı iki həftə ərzində prosesin hansı istiqamətdə getdiyini görəcəyik”.

TAHİR

Chosen
25
baki-xeber.com

1Sources