Suriya Mərkəzi Bankının rəhbəri Abdulkadir Hosariyye yeni əskinasların ölkədəki pul və fiskal islahatlar prosesinin bir hissəsi olaraq mərhələli şəkildə dövriyyəyə buraxılacağını və bu əskinasların “iki və ya üç etibarlı beynəlxalq mənbə” tərəfindən çap olunacağını açıqlayıb.
“İki sahil” xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-ya danışan Hosariyye yeni əskinasların saxtakarlığa qarşı yüksək təhlükəsizlik tədbirləri ilə təchiz edilmiş “iki və ya üç etibarlı beynəlxalq mənbə” tərəfindən hazırlanacağını bildirib.
Hosariyye bildirib ki, yeni valyutaların dövriyyəyə buraxılması ölkənin nağd pul strukturunu yaxşılaşdırmaq və gündəlik əməliyyatları asanlaşdırmaq üçün atılan texniki və tənzimləyici addımdır: “Bu proses pul kütləsini artırmaq üçün deyil, nağd pul dövriyyəsini daha effektiv idarə etmək və ödəniş sistemlərini asanlaşdırmaq üçün həyata keçirilir”.
Husariyye, çap olunacaq pul vahidinin ölkə iqtisadiyyatının ehtiyaclarına uyğun olaraq "vasvasılıqla" müəyyən ediləcəyini ifadə edib. O əlavə edib ki, birinci mərhələdə yeni əskinaslar digər mövcud əskinaslarla yanaşı mərhələli şəkildə dövriyyəyə buraxılacaq və mövcud əskinaslar tədavüldən çıxarılmayacaq.
Husariyye qeyd edib ki, ikinci mərhələdə köhnə əskinaslar yeniləri ilə əvəz olunacaq, üçüncü mərhələdə isə bu mübadilələr müstəsna olaraq Suriya Mərkəzi Bankı vasitəsilə aparılacaq.
Husariyye yeni əskinasların yüksək texniki standartlara cavab verəcəyini vurğulayaraq, bunun milli valyutaya inamı artıracağını və istifadəçi hüquqlarını qoruyacağını bildirib.
Husariyye həmçinin yeni əskinaslarla bağlı təfərrüatları ictimaiyyətlə bölüşmək üçün ümummilli məlumat kampaniyası başlatmağı planlaşdırdığını açıqlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”