EN

Ukraynadan Rusiyaya ağır zərbə - 2022-də Buçada qətliam törədən rus birliyi tam məhv edildi…


Ukrayna kəşfiyyatı işğal altındakı Luqanskda Rusiya ordusuna kabusu yaşadıb. Beləki dəqiq zərbələr nəticəsində 2022-ci ildə Buçada mülki əhaliyə qarşı qətliam törətdiyi iddia edilən rus birliyi tamamilə məhv edilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) avqustun 22-də Luqansk vilayətinin Kalınove qəsəbəsində keçirilən əməliyyatda Rusiyanın mobil hava hücumundan müdafiə bölməsinin tamamilə məhv edildiyini açıqlayıb.

Hücum işğal altındakı ərazidəki yaşayış binasının həyətində baş verib. Hücum zamanı rus əsgərləri, həmçinin pulemyotlarla təchiz edilmiş iki pikap və döyüş sursatı daşıyan bir UAZ məhv edilib.

Kəşfiyyat mənbələrinin məlumatına görə, məhv edilən bölmə 2022-ci ildə Kiyevin Buça şəhərində Rusiya ordusunun həyata keçirdiyi qırğınlarda fəal rol oynayıb. HUR əvvəllər bu bölmənin Ukrayna xalqına qarşı ağır hərbi cinayətlərdə əli olduğunu bildirir.

Ukrayna kəşfiyyatı "Ukraynaya qarşı hərbi cinayətlərə görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verəcəklərini" vurğulayaraq, hücumun da bununla bağlı həyata keçirildiyini bildirib.

Hücum nəticəsində çox sayda rus əsgəri öldürülüb. Bildirilib ki, hadisə zamanı rus əsgərləri bölgədəki hərbi təmir bazasını mühafizə edirmiş.

Bu hücum Ukrayna kəşfiyyatının son vaxtlar həyata keçirdiyi ikinci irimiqyaslı əməliyyat kimi diqqət çəkir. Avqustun 5-də Sumi yaxınlığında keçirilən əməliyyatda “Timur” bölməsi 330-dan çox rus əsgərini zərərsizləşdirib, 550-dən çoxunu yaralayıb.

TAHİR

Chosen
17
baki-xeber.com

1Sources