EN

Hazırlığa getmədən 637 bal yığdı - Görün hansı ixtisası seçdi

  Samux rayonunun Əhmədbəyli kəndindən olan Mirzəyeva Fidan İlqar qızı qəbul imtahanında qazandığı uğurla diqqət çəkib.

Referans  xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, o, heç bir repetitor dəstəyi olmadan 637 bal toplamağa nail olub.

Fidan orta təhsilini Milli Qəhrəman Eltun İsgəndərovun adını daşıyan Əhmədbəyli kənd tam orta məktəbində başa vurub. Uşaqlıq illərindən hüquq sahəsinə maraq göstərən abituriyent məqsədinə çatmaq üçün davamlı şəkildə çalışıb və ixtisas seçimində yalnız bu sahəni üstün tutub.

Onun əzmi nəticəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, dövlət sifarişi əsasında qəbul olunduğu bildirilib.  

Chosen
5
referans.az

1Sources