EN

Səfir: Ankara Ukraynaya hərbçi göndərilməsi imkanını nəzərdən keçirir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kiyev, 23 avqust, AZƏRTAC

Türkiyə ən azı müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Ankara, həmçinin təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbçilərin göndərilməsi imkanını da nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində bildirib.

“Mən elə dünən Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə görüşmüşəm, çox gözəl söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Türkiyə tərəfi dənizin minalardan təmizlənməsi ilə yanaşı, yerüstü minalardan təmizlənmədə iştirakını da nəzərdən keçirir”, - deyə səfir bildirib.

N.Cəlal əlavə edib ki, Türkiyə Ukraynaya hərbçi göndərməyə hazır olan 10 ölkədən biridir: “Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”.

Ukrayna Prezidenti Volodimir Zelenski də Türkiyənin təhlükəsizlik zəmanətində iştirak etməyə hazır olduğunu bəyan etmişdi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
13
azertag.az

10Sources