EN

Misli Premyer Liqası: “Karvan-Yevlax” “Kəpəz”i 3:2 hesabı ilə məğlub edib

Bakı. Trend:

Misli Premyer Liqasının II turu çərçivəsində keçirilən daha biroyunda “Kəpəz” və “Karvan-Yevlax” qarşılaşıb.

Trend-inməlumatına görə, Yevlax təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb.Qalibiyyət qollarını 38-ci dəqiqədə penaltidən Coy Sleyd Mikels,52-ci dəqiqədə Tompson Qavi və 89-cu dəqiqədə Kayl Spens vurub.“Kəpəz”in qollarını 77-ci dəqiqədə Məqsəd İsayev və 90+6-cıdəqiqədə Vitor Feyjao qeyd edib.

Qeyd edək ki, turun əvvəlki matçlarında “İmişli” “Neftçi” ilə0:0 bərabərə qalıb, “Sumqayıt” isə səfərdə “Qarabağ”ı 1:0 hesabıilə məğlub edib. Digər qarşılaşmalar avqustun 24 və 25-dəkeçiriləcək.

Chosen
42
az.trend.az

1Sources