Yasamal rayonunun Badamdar qəsəbəsində bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Rafiq İsgəndərov küçəsində 50-55 yaşlı kişi tikinti aparılması üçün qazılan quyuya düşüb.
Onun başından xəsarət aldığı bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.



