EN

“Türkiyə Ukraynaya qoşun göndərməyə hazır olan 10 ölkədən biridir”


Türkiyə müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qatılmağa hazır olduğunu bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal məlumat verib.
Səfir bildirib ki, dünən Türkiyənin müdafiə naziri Yaşar Gülərlə görüş zamanı məsələ müzakirə olunub.
“Çox səmimi söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsində iştirak etməyə hazırdır”, – deyə Cəlal vurğulayıb.
Onun sözlərinə görə, Ankara yalnız dənizdə deyil, həm də humanitar məqsədlərlə mülki torpaqların minalardan təmizlənməsində iştirak təkliflərini nəzərdən keçirir.
Nəriman Cəlal həmçinin xatırladıb ki, Türkiyə təhlükəsizlik təminatının bir hissəsi olaraq Ukraynaya qoşun göndərməyə potensial hazır olan 10 ölkədən biridir: “Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”.
Chosen
30
1
yeniavaz.com

10Sources