EN

Merih Demiral üçün Avropa transferi iddiası

Səudiyyə Ərəbistanı Pro Liqa komandası "Al Ahli"-də oynayan 27 yaşlı millî futbolçu Merih Demirala Avropa nəhəngi "Milan"ın maraq göstərdiyi iddia edilir.

Sherg.az xəbər verir ki, məlumata görə, Merih Demiralın mövsüm sonunda "Al Ahli" ilə müqaviləsinin başa çatması "Milan" üçün transferi cəlbedici edir. Bu mövsüm yalnız Səudiyyə Super Kubokunda 90 dəqiqə oynayan stoperin bazar dəyəri 13 milyon avro qiymətləndirilir.

"Fənərbaxça" altyapısından yetişən Demiral, karyerası ərzində "Alcanenense", "Sportinq" Lizbon, "Alanyaspor", "Sassuolo", "Yuventus" və "Atalanta"da da forma geyib. "Al Ahli" onu 2023-2024 mövsümünün əvvəlində 17 milyon avroya transfer etmişdi.
Chosen
60
1
sherg.az

2Sources