İsrail ordusu Qəzza şəhərində mövqelərini möhkəmləndirir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail tankları Qəzzanın daha bir rayonuna - Sabraya daxil olub.
Bu həftənin əvvəlində Zeytun rayonunda İsrail ordusunun zirehli texnikası görünüb. Bundan əvvəl ordunun Qəzza şəhərinin ətrafını işğal etdiyi məlum olub.
Xatırladaq ki, avqustun 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza şəhəri üzərində İsrail ordusu tərəfindən nəzarətin yaradılması planını təsdiqləyib. Bu plan həm İsrail daxilində, həm də xaricdə tənqidlərə səbəb olub.