EN

KİV: Nigeriya HHQ Kamerun sərhədi yaxınlığında 35 silahlını məhv edib

Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) Kamerunla sərhədə endirdiyi hava hücumlarında azı 35 silahlını məhv edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Ehimen Ejodame istinadən məlumat yayıb.

Məlumata görə, HHQ qruplaşmanın quru qoşunlarına hücum planlaşdırdığına dair kəşfiyyat məlumatı aldıqdan sonra hava zərbələri endirib.

Quru qoşunları daha sonra ərazinin təmizləndiyini təsdiqləyib.

Qeyd olunur ki, bu, hərbi qüvvələrin ölkənin şimal-şərqində gücləndirilmiş əməliyyatı çərçivəsində baş tutub. Ötən həftə ordu 2025-ci ilin ilk səkkiz ayı ərzində ümumilikdə 592 silahlının öldürüldüyünü bildirib.

Chosen
20
4
report.az

8Sources