EN

Nigeriya HHQ sərhəd bölgəsində 35 silahlını məhv edib

Bakı. Trend:

Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) Kamerunla sərhəd ərazisindəhəyata keçirdiyi hava hücumları nəticəsində azı 35 silahlınızərərsizləşdirib.

Trend xəbər verirki, bu barədə “Reuters”ə HHQ-nin sözçüsü Ehimen Ejodame məlumatverib.

Bildirilib ki, əməliyyat qruplaşmanın quru qoşunlarına hücumplanlaşdırdığına dair kəşfiyyat məlumatı əsasında həyata keçirilib.Ardınca quru qoşunları ərazinin tam nəzarətə alındığınıtəsdiqləyib.

Qeyd olunur ki, bu hücum Nigeriya ordusunun ölkəninşimal-şərqində apardığı gücləndirilmiş əməliyyatın tərkibhissəsidir. Ordu ötən həftə açıqlayıb ki, 2025-ci ilin ilk səkkizayında ümumilikdə 592 silahlı məhv edilib.

Chosen
48
4
az.trend.az

8Sources