EN

Ronaldunun Superkubok titulu arzusu yenə reallaşmadı

Səudiyyə Ərəbistanı Superkubokunun finalında "Ən-Nəsr" və "Əl-Əhli" üz-üzə gəliblər.

Hakimiyyet.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan görüşdə "Ən-Nəsr"in qollarını Kriştianu Ronaldu (penaltidən) və Brozoviç, "Əl-Əhli"nin qollarını isə Kessei və İbanez vurublar.

Reqlamentə əsasən, əlavə vaxt oynanılmayıb və qalib penaltilərlə müəyyənləşib. "Lotereya"da daha dəqiq olan "Əl-Əhli" 5:3 hesabı ilə qalib gələrək kuboku qazanıb. Bununla da Ronaldunun Superkubok tituluna sahib olmaq arzusu yenə reallaşmayıb.

Chosen
40
4
hakimiyyet.az

5Sources