Çinin Sincan-Uyğur Muxtar rayonunda 4,6 maqnitudalı zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ bazar günü yerli vaxtla saat 01:06-da Aksu şəhərindən 146 kilometr, Tumşuk şəhərindən 142 kilometr məsafədə qeydə alınıb.
Zəlzələnin ocağı 7,2 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.