EN

Gəncədən Sankt-Peterburq və Moskvaya aviareyslər təxirə salınıb

Bakı. Trend:

Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburq və Moskvayanəzərdə tutulan uçuşlar təxirə salınıb.

Trend-inməlumatına görə, Gəncədən Sankt-Peterburqa saat 16:40-da baştutmalı olan reys qeyri-müəyyən vaxta qədər təxirə salınıb.Moskvaya saat 03:05-də həyata keçirilməsi planlaşdırılan uçuş isəsəhər saat 08:00-10:00 aralığında icra ediləcək.

İlkin məlumata əsasən, reyslərin təxirə salınmasına Rusiyanınhava məkanının bağlanması səbəb olub.

Bildirilib ki, Sankt-Peterburqa uçmaq üçün 149, Moskvaya isə 156sərnişin bilet alıb.

Chosen
38
2
az.trend.az

3Sources