EN

“Şamaxı” “Sabah”a, “Turan Tovuz” “Araz Naxçıvan”a qarşı

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında 2-ci tur davam edir.

QOL.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Sabah”ı qəbul edəcək. “Qarabağ”la ilk turun matçı təxirə salındığından bu, paytaxt təmsilçisinin yeni mövsümdə ilk oyunu olacaq. “Şamaxı” isə birinci turda “Neftçi” səfərindən 1 xalla (1:1) qayıdıb. Qarşılaşmaya 17:00-da start veriləcək. 

Günün ikinci görüşündə isə “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gələcək. Tovuz klubu ilk turda səfərdə “İmişli”yə qalib gəlib (1:0). Naxçıvan təmsilçisi isə “Zirə” ilə xalları yarı bölüb (1:1). Bu görüşün start fiti 19:30-da səslənəcək. 

24 avqust (bazar)

17:00. “Şamaxı” - “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Şamaxı şəhər stadionu

19:30. “Turan Tovuz ” - “Araz-Naxçıvan”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

“Azersun Arena”

25 avqust (bazar ertəsi)

19:00. “Qəbələ” - “Zirə”

22 avqust (cümə)

“Qarabağ” - “Sumqayıt” - 0:1

“İmişli” - “Neftçi” - 0:0 

23 avqust (şənbə)

“Kəpəz” - “Karvan” - 2:3

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
9
qol.az

10Sources