EN

Suriyada druzlar milli qvardiya da birləşir

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Suriyada Əs-Süveyda əyalətində ən azı 30 silahlı qruplaşma radikal druz şeyxi Hikmət əl-Həcərinin rəhbərliyi altında birləşərək özlərini "milli qvardiya" adlandırıblar. SİA xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb. Məlumata görə, "milli qvardiya"nın vəzifələrinə "sərhədlərin qorunması, silahlı şəxslərin, silah və narkotik qaçaqmalçılığının qarşısının alınması" daxil olacaq. Bundan əlavə, o, əyalətin güc və hərbi qurumlarının "gələcəkdə dövlət strukturuna inteqrasiyasına hazırlıq çərçivəsində" təşkili üzərində işləyəcək. Öz növbəsində, "Asharq al-Awsat" qəzeti qeyd edib ki, bəzi məlumatlara görə, "milli qvardiya"nın sayı 4-5 min döyüşçüyə çata bilər. Nəşr həmçinin bildirib ki, druz liderləri arasında onların qruplaşmalarının əl-Həcərinin ordusuna qoşulması məsələsində parçalanma baş verib.

Qeyd edək ki, əl-Həcəri ziddiyyətli şəxsiyyətdir və Suriya hakimiyyəti onu separatçı mövqe tutmaqda ittiham edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
7
sia.az

8Sources