EN

ABŞ Kiyevə uzaqmənzilli raket satmağa razılıq verib

ABŞ

Donald Trampın administrasiyası Ukraynaya 3350 ədəd uzaqmənzilli, idarəolunan ERAM raketlərinin satışını təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) Amerika rəsmilərinə istinadla məlumat yayıb.

Müqavilənin dəyəri 850 milyon dollar təşkil edir. Raketlərin Ukrayna Silahlı Qüvvələrinin ixtiyarına altı həftə ərzində çatdırılacağı bildirilir.

Xərclərin böyük hissəsini Ukraynanın avropalı müttəfiqləri öz üzərinə götürüb. Tədarük yalnız raketlərlə məhdudlaşmır, həm də digər hərbi təyinatlı avadanlıqları əhatə edir.(APA)
Chosen
32
10
reyting.az

10Sources