EN

"Yorulduq, amma rəqib də heydən düşdü" - MS üzərində qələbəni dəyərləndirdi

İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində dünən keçirilən oyunda səfərdə "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edən "Tottenhem"in baş məşqçisi Tomas Frank qarşılaşmanın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini klubun saytı belə çatdırıb:

"Oyunçularımız matça əla köklənmişdilər. Onlar müdafiədə və yarımmüdafiədə cəsarət nümayiş etdirdilər. Bu səbəbdən topu özümüzdə saxlaya bildik. Müəyyən pressinqlə mümkün olan anlarda həmlələr təşkil etdik. Biz aqressiv oynadıq, yüksək təzyiq fonunda rəqibin əl-qol açmasına mane olduq. Hə, yorulduq, amma rəqib də heydən düşdü".

"Tottenhem"in ilk qolunu matçın 37-ci dəqiqəsində Brennan Conson vurubsa, Joau Palinya 45+2-də yekun hesabı müəyyənləşdirib.

Nihat

Chosen
10
fanat.az

1Sources