EN

Ukrayna Avropanın təhlükəsizliyinin təməl daşıdır - Andrey Sibiqa

Ukraynanın Müstəqillik Günü güclü bir xatırlatmadır: biz təkcə Ukraynanın sərhədlərini deyil, həm də qaydalara əsaslanan beynəlxalq nizamı və ümumbəşəri insan dəyərlərini müdafiə edirik.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa "X" hesabında yazıb.

 

"Ukraynanın müstəqilliyi Avropanın təhlükəsizliyinin və dünya üzrə azadlığın gələcəyinin təməl daşıdır", - deyən XİN başçısı Ukraynaya dəstək olan tərəfdaş ölkələrə təşəkkür edib.

 

"Birliyimiz – həqiqət və ədalətin qalib gəlməsi üçün əsas şərtdir", - nazir qeyd edib.

 

Qeyd edək ki, avqustun 24-ü Ukraynanın Dövlət Müstəqilliyi Günüdür.

Chosen
12
10
modern.az

10Sources