EN

Laqard: Miqrantlar avrozonada inkişafa töhfə verirlər

Bakı, 24 avqust, AZƏRTAC

Son illərdə əcnəbi işçilərin kütləvi axını avrozona iqtisadiyyatını stimullaşdırıb, iş saatlarının azalmasını kompensasiya etməyə imkan verib.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard bildirib.

“Əcnəbi işçilər 2022-ci ildə əmək qüvvəsinin cəmi 9 faizini təşkil etsələr də, son 3 ildə iqtisadi artımın yarısı onların sayəsində baş verib” – deyə bank rəhbəri vurğulayıb.

Chosen
8
4
azertag.az

5Sources