EN

İlham Əliyev: Tramp Afrikada, Asiyada və Cənubi Qafqazda möcüzə yaratdı


ABŞ prezidenti Donald Tramp həqiqətən də Nobel Sülh Mükafatına layiqdir.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Al Arabiya telekanalına verdiyi eksklüziv müsahibəsində bildirib.

“Biz Ermənistanla birlikdə prezident Trampı Nobel Sülh Mükafatına irəli sürdük”, – deyə Azərbaycan prezidenti qeyd edib.

Əliyev vurğulayıb ki, Tramp “Afrikada, Asiyada və Cənubi Qafqazda möcüzə yaratdı”, ABŞ prezidentinin mehribanlığını və səxavətini xüsusi qeyd edib: “Bu, onun xarakteridir, bu, onun təbiətidir. O, sülh istəyir. O qədər səxavətli idi ki, hamını hədiyyələrlə sevindirdi… O, həqiqətən də böyük hörmətə layiq insandır”

Əliyev həmçinin Trampa münasibətinin həmişə müsbət olduğunu bildirib: “Mənim ona siyasətçi kimi münasibətim həmişə müsbət olub, hətta onun birinci müddəti dövründə, baxmayaraq ki, onda görüşmək imkanımız yox idi. Və xüsusən də o, dərin dövlətin nümayəndələrinin seçki saxtakarlıqları səbəbindən seçilmək imkanından məhrum ediləndə. Mən əlavə etdim ki, Trampın qələbəsi əlindən alındı”.

Azərbaycan lideri həmçinin qeyd edib ki, Tramp “prezident olmadığı vaxtlarda da özünü çox ləyaqətli aparıb. O, böyük cəsarət və ləyaqət nümayiş etdirdi. ABŞ-a bütün bu bataqlıqdakı qurbağalarla – USAID, “Azadlıq Radiosu”, The Washington Post, The New York Times, The Wall Street Journal, Newsweek kimi saxta xəbərlər yayan KİV-lərlə qayıtmaq… onların hamısı onun əleyhinə idi. Onların hamısı onu necə məni demonizə etmişdilər, eləcə də onu etmişdilər. Bəlkə də eyni dərəcədə yox, amma mahiyyətcə oxşar şəkildə”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Al Arabiya telekanalına müsahibəsinin tam versiyası gələn həftə efirə çıxacaq. 

 

İlham Əliyev fəhmi və Tramp tramplini

 



Chosen
36
1
nuh.az

2Sources