Gün ərzində Qəzzada azı 70 nəfər öldürülüb.
Far.Az xəbər verir ki, bu barədə "əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, avqustun 23-də İsrailin hücumları nəticəsində azı 70 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Xatırladaq ki, daha əvvəl Qəzzada aclıqdan ölənlərin sayının 281 nəfərə çatdığı, onlardan 114-nün uşaq olduğu məlumatı paylaşılmışdı.