EN

Gəncədən Sankt Peterburq və Moskvaya uçuşlar təxirə salınıb

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburqun Pulkovo və Moskvanın Vnukovo hava limanlarına həyata keçirilməsi gözlənilən aviareyslər təxirə salınıb.Newscenter.az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Gəncədən Sankt-Peterburq şəhərinə saat 16:40-da yerinə yetirilməli olan təyyarə reysi qeyri-müəyyən vaxta təxirə salınıb.Bundan başqa, Gəncədən Moskavaya saat 03:05-də həyata keçirilməsi gözlənilən təyyarə reysi də təxirə salınıb. Bu reysin səhər 08:00-10:00 saatları aralığında yerinə yetirilməsi gözlənilir.İlkin məlumata görə, uçuşların təxirə salınmasına səbəb Rusiyada hava məkanının bağlanmasıdır.Qeyd edək ki, Gəncədən Sankt-Peterburqa uçmaq üçün 149, Moskvaya uçmaq üçün isə 156 sərnişin bilet alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
12
newscenter.az

10Sources