EN

Argentinalı qapıçı Libertadores kubokunda rekorda doğru

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"River Pleyt"in qapıçısı Franko Armani Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores kubokunda 110-cu oyununu keçirib.

İdman.biz xəbər verir ki, 38 yaşlı argentinalı qolkiper bu göstəricidə braziliyalı həmkarı Fabioya çatıb və indi onlar turnirdə ən çox oyun sayına görə ikinci-üçüncü yerləri bölüşürlər.

Libertadores kubokunda rekordçu 113 oyun keçirmiş paraqvaylı qapıçı Ever Almeidadır. Onun karyerasını 1991-ci ildə başa vurduğunu və "River Pleyt"in də hazırkı Libertadores kubokunda mübarizəni davam etdirdiyini (1/4 finalda "Palmeyras"la qarşılaşacaq) nəzərə alsaq, Armaninin 3 oyunluq fərqi aradan qaldıraraq artıq bu il zirvəyə yüksəlmək şansının yüksək olduğunu da bildirək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
icma.az

2Sources