EN

İranda antiterror əməliyyatı - 6 nəfər zərərsizləşdirildi

İran kəşfiyyatı ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində terrorçu qrupu zərərsizləşdirib. SİA "Mehr" agentliyinə istinadən xəbər verir ki, döyüş sursatı ilə silahlanmış qeyri-İran vətəndaşları ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib. Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb. Qeyd olunub ki, terror qrupu Şərqi İranda "kritik obyekt"i hədəf almağı planlaşdırırdı.

Chosen
27
9
sia.az

10Sources