EN

Qonaq gəldiyi evdə faciəvi şəkildə öldü 

Lənkəranda 45 yaşlı qadın hündürlükdən yıxılaraq ölüb.


Referans-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Vel kəndində baş verib.


Bakı şəhər sakini 3 uşaq anası 1980-ci il təvəllüdlü Tünzalə Hidayət qızı Ələkbərova istirahət etmək üçün Lənkərana tanışının evinə gəlib. O, eyvanda durduğu zaman məhəccərə söykənib və məhəccərin qopması səbəbindən yüksəklikdən yıxılıb. Nəticədə o, başından aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.


Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Chosen
48
14
referans.az

10Sources