EN

Ermənistanda Rusiya qırıcısı hasara çırpıldı

Ajans.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, insident yerli vaxtla gecə saat 02:15-də baş verib. Məlumata görə, yerüstü daşıma zamanı sərt muftanın elementi sıradan çıxıb və təyyarə platformadan düşüb.

Bildirilir ki, "MiQ" qırıcısının iştirakı ilə baş verən hadisədə xəsarət alan olmayıb. Hadisənin baş verdiyi Arşakunyants prospektində nəqliyyatın hərəkəti dayandırılıb.

Chosen
7
3
Ajans.az

3Sources