EN

Lukaşenko Ukrayna xalqını təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək, müasir şəraitdə öz inkişaf yolunu tapmaq arzusunu ifadə edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Təbrikdə qeyd olunur ki, Belarus və Ukrayna xalqlarını tarixən mehriban qonşuluq və qarşılıqlı anlaşma bağlayıb, qırılmaz ailə bağları formalaşıb, ümumi tarix, xristian dəyərləri və səmimi dostluq möhkəmlənib.

Lukaşenko vurğulayıb ki, xarici təzyiqlərə baxmayaraq, Belarus ukraynalılara açıq qalmaqda davam edir və cənub qonşuları ilə qarşılıqlı faydalı əməkdaşlığa və konstruktiv dialoqa hazırdır.

“Bütün qəlbimlə Ukrayna vətəndaşlarına bugünkü çağırışlara öz cavabını tapmalarını, çoxmillətli ölkəniz üçün isə dinc səma, həmrəylik və həqiqətən müstəqil inkişaf arzulayıram”, - deyə o bildirib.

Chosen
12
1
olke.az

2Sources