EN

İranda antiterror əməliyyatı:

İran kəşfiyyatı ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində terrorçu qrupu zərərsizləşdirib.

  

"Mehr" agentliyi xəbər verir ki, döyüş sursatı ilə silahlanmış qeyri-İran vətəndaşları ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib.

 

Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb.

 

Qeyd olunub ki, terror qrupu Şərqi İranda "kritik obyekt"i hədəf almağı planlaşdırırdı.

Chosen
17
9
senzor.az

10Sources