Böyük Dəbilqə turnirlərinin beşqat qalibi, rusiyalı Mariya Şarapova Beynəlxalq Tennis Şöhrət Zalına daxil edilib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, mərasim ABŞ-nin Rod-Aylend ştatının Nyuport şəhərində baş tutub.
Mərasim zamanı ABŞ-dən Mayk və Bob Brayan qardaşları da Şöhrət Zalına daxil ediliblər.
Şarapovanın 38 yaşı var. O, 2020-ci ildə karyerasını başa vurub. Rusiyalılar arasında daha əvvəl Marat Safin (2016) və Yevgeni Kafelnikov (2019) Şöhrət Zalına daxil edilib.
Beynəlxalq Tennis Şöhrət Zalı 1954-cü ildə yaradılıb.