EN

“Sədərək”dəki yanğının yayılmasının qarşısı alınması üçün tədbirlər görülür

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Chosen
45
16
ikisahil.az

10Sources