EN

“Sədərək”dəki yanğınla əlaqədar əraziyə təcili yardım əməkdaşları cəlb edilib

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar əraziyə təcili yardım əməkdaşları cəlb edilib.
 
Bu barədə “Report”un hadisə yerindəki əməkdaşı xəbər verir.
 
Hazırda ərazidə bir neçə təcili yardım maşını var.
 
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Chosen
60
12
moderator.az

3Sources