BAKI, 24 avqust. TELEQRAF
Braziliyanın "Santos" klubunun futbolçusu Neymar sıradan çıxıb.
Teleqraf "O Globo"ya istinadən xəbər verir ki, "ağ-qaralar" bununla Braziliya Futbol Konfederasiyasına (CBF) məlumat verib.
33 yaşlı hücumçu avqustun 21-də keçirilən məşq zamanı xəsarət alıb. Onun Braziliya millisinin qarşıdakı oyunlarında iştirak etməyəcəyi dəqiqdir.
Neymar 2023-cü ilin oktyabrında Uruqvayla matçda ön çarpaz bağından zədələndikdən sonra yığmanın heyətində yer ala bilmir.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində Çili (4 sentyabr) və Boliviya (9 sentyabr) yığmaları ilə qarşılaşacaq.