Türkiyə hakimiyyəti məşhur turizm bölgəsi Kapadokiyada bayraq dirəyinin üzərinə çıxıb rəqs edən turistə qarşı cinayət işi açıb.
Milli.Az bildirir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Kapadokiyanın əsas turistik yerlərindən birində çəkilmiş videoda bayraq dirəyinə dırmaşan qızın akrobatik hərəkətlər nümayiş etdirməsi əks olunub. Video sosial şəbəkələrdə yayılıb. Turistin hərəkəti dövlət bayrağına hörmətsizlik kimi qiymətləndirilib.
İndi qızı 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir. Prokurorluq onun hərəkətini dövlət rəmzlərini təhqir etmək, türk millətini və ya onun qurumlarını alçaltmaq kimi qiymətləndirib. Onun adı və vətəndaşlığı açıqlanmır. Turistin Türkiyəni tərk edib-etmədiyi, yoxsa yerli hüquq-mühafizə orqanları tərəfindən saxlandığı da qaranlıq olaraq qalır. /Oxu.Az
Milli.Az