Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kürdəmir, 24 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Bakı–Ələt–Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı transformatora çırpılıb.
Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Hazırda qəzanın və ölümün dəqiq başvermə səbəbləri, eləcə də digər təfərrüatlar araşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.