EN

Mariya Şarapova Beynəlxalq Tennis Şöhrət Zalına daxil edilib

Böyük Dəbilqə turnirlərinin beşqat qalibi, rusiyalı Mariya Şarapova Beynəlxalq Tennis Şöhrət Zalına daxil edilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasim ABŞ-nin Rod-Aylend ştatının Nyuport şəhərində baş tutub.

Mərasim zamanı ABŞ-dən Mayk və Bob Brayan qardaşları da Şöhrət Zalına daxil ediliblər.

Şarapovanın 38 yaşı var. O, 2020-ci ildə karyerasını başa vurub. Rusiyalılar arasında daha əvvəl Marat Safin (2016) və Yevgeni Kafelnikov (2019) Şöhrət Zalına daxil edilib.

Beynəlxalq Tennis Şöhrət Zalı 1954-cü ildə yaradılıb.

Chosen
13
3
bakivaxti.az

4Sources