EN

Yanğın yerinə 30 xüsusi təyinatlı texnika, 140 şəxsi heyət cəlb olundu - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

***

Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. 

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Əlavə məlumat veriləcək.

https://bax.tv/son-xeberler/fhn-yeni-goruntuler-yaydi-213095?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic

Chosen
100
49
sabahinfo.az

10Sources