Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-nin Nyu-York şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Avtosfer.az-ın xəbərinə görə, bu barədə polisə istinadən "Fox News" telekanalı məlumat yayıb. Məlumata görə, 32 yaşlı kişi döş qəfəsindən aldığı güllə yaralarından dünyasını dəyişib, üzündən güllə yarası alan 17 yaşlı qızın vəziyyəti ağır, digər üç zərərçəkənin vəziyyəti sabitdir. Qeyd olunur ki, insident qruplaşma davası ilə bağlıdır və Bronks parkında basketbol turniri zamanı baş verib. Polis dörd şübhəlini saxlayıb, onların üzərində bir neçə odlu silah olduğu aşkarlanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.