Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
ONN media xəbər verir ki, bununla bağlı XİN-in X səhifəsində paylaşım edilib.
“Dost Ukrayna və onun xalqını Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edirik! Müstəqillik gününüz mübarək, Ukrayna!” – paylaşımda qeyd olunub.