Apa.az saytına istinadən ain.az xəbər verir.
Mən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm.
APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski X-da paylaşımında bildirib.
“Möhtərəm Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Biz dost Azərbaycana humanitar və digər yardımlara görə çox minnətdarıq. Biz xalqlarımızın mənafeyi naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
Volodimir Zelenski Azərbaycan Prezidentinin Ukraynanın Müstəqillik Günü ilə bağlı təbrikini də paylaşıb.
https://twitter.com/ZelenskyyUa/status/1959608496275509281
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.