EN

İsrail husilərin Sənadakı hərbi obyektlərinə zərbələr endirib, ölənlər var

İsrail Yəmənin paytaxtı Səna bölgəsində husilərin hərbi obyektlərinə, o cümlədən prezident sarayı kompleksinə, Asar və Hizaz elektrik stansiyalarına və yanacaq anbarına zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, zərbə endirilən obyektlərin hamısı husi terrorçu rejiminin hərbi fəaliyyətləri üçün istifadə edilib.

Chosen
133
30
demokrat.az

10Sources