EN

Ukrayna və Kanada bu sahədə SAZİŞ İMZALADI

Ajans.az xəbər verir ki, bu haqda Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib. “Saziş ikitərəfli müdafiə-sənaye əməkdaşlığının dərinləşdirilməsinə, Ukrayna və Kanadada yeni istehsal güclərinin genişləndirilməsinə və yaradılmasına, müdafiə təchizatının davamlılığının artırılmasına yönəlib”, - Şmıxal “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, saziş Kanadada Ukrayna şirkətlərinin yaradılmasını sadələşdirəcək və texnologiyalar mübadiləsini gücləndirəcək.

Chosen
18
7
Ajans.az

10Sources