EN

Kür çayında canlıların məhv olmasına səbəb nədir?VİDEO

Son günlər Kür çayının ölkəmizə daxil olan hissəsində balıqların və suda yaşayan digər canlıların kütləvi məhv olması ilə bağlı məlumatlar yayılır.

Bəs buna səbəb nədir?

Xezerxeber.az-ın xəbərinə görə, Təbiəti Mühafizə Cəmiyyətinin Tovuz Regional Şöbəsindən bildirilib ki, balıqların və suda yaşayan digər canlıların kütləvi məhvi hallarına uzun müddətdən bir rast gəlinir. Qurumdan qeyd edilib ki, buna səbəb olan müəyyən amillər var.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Balıqların məhv olması halına təkcə Qazax rayonu ərazisində rast gəlinib. Kür çayının keçdiyi digər rayonlarda bu cür kütləvi ölüm halları aşkarlanmayıb. Qurum tərəfindən bu kimi hallar nəzarətdə saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
6
xezerxeber.az

1Sources