EN

Buna nəzarət etsəydik, müharibə 7 ay əvvəl bitərdi Vens

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Rusiyaya qarşı sanksiyalar çətin ki, Ukraynada atəşkəslə nəticələnsin. Kreml öz strateji səbəblərinə görə bilərəkdən hərbi əməliyyatları davam etdirir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.

"Sanksiyalar qətiliklə atəşkəsə gətirib çıxarmayacaq. Ruslar atəşkəs istəmir, bunun üçün mürəkkəb səbəblər var", - Vens deyib.

O bildirib ki, ABŞ, əlbəttə ki, atəşkəs tərəfdarıdır, lakin rusların etdiklərinə nəzarət etmir:

"Biz buna nəzarət etsəydik, müharibə 7 ay əvvəl bitəcəkdi. Lakin prezidentin (Donald Tramp - red.) hələ də təzyiq göstərmək üçün çoxlu kartları var".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
98
3
axar.az

10Sources