EN

Elmar Baxşıyev: “Penalti epizodu qərarı səhv idi”

Misli Premyer Liqasının II turu çərçivəsində “Araz-Naxçıvan” səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Bilirdik ki, bizi bu oyunda nə gözləyir. Ağır oyun alındı. Hər iki komanda meydançada çoxlu mübarizə apardı. Klub olaraq, bu gün istədiyimizi meydançada etməyə çalışırdıq. İstədiyim komandanı gördüm. Biz də bilirik ki, çempionatın əvvəlidir. Getdikcə, daha da hücum və müdafiə planında daha da yaxşı komanda olacağıq".

- Mövsümə tez başlamağınız üstünlükdür, yoxsa "Omoniya"ya məğlubiyyətlər psixoloji sarıdan təsir edib? Hansı daha üstünlükdür?

- Bu gün yaxşı mübarizəli oyun getdi. Futbolçulıar bu tempə, dinamikaya öyrəşirsə, təqdirə layiqdir. Düşünmürəm ki, avrkuboklar bizə müsbət və ya mənfi təsir edə bilər. Bilirdik ki, ilk dəfə ölkəmizi avrokubokda təmsil edirik. Biz də başımızdan yuxarı tullanmağa cəhd etdik, alınmadı. Təzyiqə gəldikdə, 5 ildir ki, mövsümün əvvəli göndərirlər. Şayiələr normaldır. Onu da hansısa insanlar yaradır. Şayələrə fikir verib, işimizə yanaşsaq, özümüz-özümüzü geri salmış olacağıq. Belə tənqidi qəbul edirik. Biz də komanda olaraq, artığını etməyə çalışdıq. Futbolda hər şey istəklə bağlı deyil. Ümidverici odur ki, komandam o geridönüşü etməyi bacarır. Komanda bərkdir, onlara inanıram. Turlar getdikcə daha da yaxşı komanda görəcəksiz. 

- Penalti epizodu haqda nə düşünürsüz?

- Mənim fikrimi soruşursuz...Mən də planşetdən baxıram. Mənim üçün penaltini heç öz lehimizə də istəmərəm. Penalti epizodu qərarı səhv idi.

- Xüsusi reputasiyanız var. Niyə elə dəyərləndirirsiz ki, başdan yuxrı tullanmaq kimi düşünürsüz? 

- Ona başqa prizmadan yanaşmaq olar. Siz fikirləşirsiz ki, heyətimizə 4-5 oyunçu aldıqca, mütləq qruplarda olacağıq? Avrokuboklar təcrübə tələb edir. Gözümüzün qabağında "Qarabağ" nümunəsi də var. İllərdir addım-addım qruplara gəlib. İstəklə bağlı olan bir şey deyil. Komanda özü formalaşmalıdır ki, avrokuboklarda da ardını gətirsin. Biz də bilirdik ki, yeniyik. Elə nüanslar olur ki, tək meydança yox, hər şeyə təsir edir. Ona görə komanda olaraq, biz də çalışdıq. Alınmadısa, tək "Araz-Naxçıvan"ı nümunə kimi gsötərməyə ehtiyac var. Bizdən başqa komandaların da oyunları alınmadı. Bizdən başqa komandalar da qrup görmədi.

- İqor Ribeyronun gedişindən sonra müdafiədə sıxıntı çəkirsiz?

- "Barselona"nın baş məşqçisindən soruşsanız, Messinin çatışmadığını soruşsalar, o da sual olaraq qalacaq. İqor mövzusu qapanıb. Sərəncamımda olanlar inanıram ki, onun yerini layiqincə dolduracaqlar.

“Sabah” Şamaxı səfərindən 3 xalla qayıdır - YENİLƏNİB

PSJ-dən “Panatinaikos”a - RƏSMİ

Millimizin kapitanı Türkiyə klubunda

Kökçünün komandasından heç-heçə

Azərbaycan millisi 1/4 final matçına çıxacaq

Chosen
37
6
apasport.az

9Sources