EN

Merts: Almaniya yeni ticarət tərəfdaşları tapmalıdır

Almaniya ABŞ və Avropa İttifaqı (Aİ) arasındakı ticarət sazişinin çərçivələrindən kənara çıxmalı və yaxın illərdə yeni ticarət tərəfdaşları tapmalıdır.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts bəyan edib.

"Əgər, amerikalılar artıq Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun oynamağa hazır deyilsə, dünya ticarətini necə idarə edə bilərik? Biz dünyada bizim baxışlarımızı bölüşən tərəfdaşlar axtarmalıyıq”, - o vurğulayıb.

Kansler Cənubi Amerika, Asiya və Afrika ilə ticarət imkanlarının qarşılıqlı faydalı ola biləcəyini qeyd edib.

"Biz ardıcıl olaraq bu yolla getməliyik", - Merts bildirib.

Chosen
30
1
operativmedia.az

2Sources