EN

Ukrayna ordusu 3 kəndi rus işğalından AZAD ETDİ

Ukrayna Donetsk vilayətində 3 kəndi işğaldan azad edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.

“Qoşunlarımız uğurlu əks-hücum həyata keçirib və Donetsk vilayətinin kəndlərini - Mixaylovka, Zeleniy Qay, Vladimirovkanı düşməndən təmizləyiblər”, - o, telegram kanalında yazıb.

Onun sözlərinə görə, Pokrovsk istiqamətində vəziyyət ağırdır, düşmən qüvvəsini cəbhənin bu hissəsində cəmləyib.

Chosen
84
10
publika.az

10Sources