Ukrayna humanitar və digər dəstəyə görə dost Azərbaycana çox minnətdardır. Bunu Ukrayna prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, Ukrayna və Azərbaycanın hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini, Ukraynaya və ukraynalılara hörmətini yüksək qiymətləndirirəm. Möhtərəm Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Humanitar və digər dəstəyə görə dost Azərbaycana çox minnətdarıq. Biz xalqlarımızın mənafeyi naminə strateji tərəfdaşlığımızı inkişaf etdirəcəyimizə ümid edirik", - deyə o bildirib.